İstanbul yenidən FƏTH olundu – Ayasofyada 86 il sonra ilk dəfə namaz qılındıbackend

İstanbul yenidən FƏTH olundu Ayasofyada 86 il sonra ilk dəfə namaz qılındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 24-ü 86 il aradan sonra Ayasofyada ilk dəfə CÜMƏ namazı qılınıb.

NOCOMMENT.az TRT Haberyə istinadən xəbər verir ki, mərasimdə on minlərlə dindarla birgə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, onun koalisiya ortağı Devlet Bahçeli və digər ictimai-siyasi xadimlər iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümə namazını qılmaq üçün Ayasofyaya gəlib və “Qurani Kərim”dən dualar oxuyub. 

Namazda iştirak edənlərin koronavirusa yoluxmaması üçün bütün tədbirlər görülüb, məsafə gözlənilir, hamı maska taxıb. Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görülüb.

Qeyd edək ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək. 

Ayasofya

Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.

Xatırladaq ki, iyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb. 86 ildən sonra Ayasofya yenidən məscid kimi möminlərin ixtiyarına verilib.

https://www.cnnturk.com/video/turkiye/ayasofya-canli-yayin-izle-ayasofyada-ilk-namaz-kiliniyor