İstanbulda ATIŞMA- Azərbaycanlı kriminal avtoritet öldürüldü – VİDEObackend

İstanbulda ATIŞMA – Azərbaycanlı kriminal avtoritet öldürüldü – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə azərbaycanlıların iştirakı ilə silahlı insident olub.

NOCOMMENT.az İnterAz-a istinadən xəbər verir ki, hadisə İstanbulun Başakşehir səmtində baş verib.

Azərbaycanlılar və çeçenlərin arasında silahlı qarşıdurma zamanı 3 nəfərin öldüyü, 1 nəfərin isə ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir azərbaycanlı ölüb, biri isə yaralanıb.

Polis artıq araşdırmalara başlayıb, 3 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Qeyd edək ki, ölən azərbaycanlının kriminal aləmdə “Naxçıvanlı Baba” kimi tanınan peşəkar idmançı olduğu bildirilir. Yaralanan azərbaycanlı isə “Fuad Sumqayıtlı” kimi tanınan Fuad Hacıyevdir.

Hər iki şəxsin mərhum Rövşən Lənkəranskinin yaxın tərəfdarları olduğu bildirilir. Hadisənin kriminal mübahisə nəticəsində baş verdiyi qeyd olunur.