İstanbulda Azərbaycan alimlərinin də iştirak etdiyi konfrans başlayıbbackend

İstanbulda Azərbaycan alimlərinin də iştirak etdiyi konfrans başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Türkiyənin Diplomatik Əlaqələr və Siyasi Araşdırmalar Mərkəzi (DİPAM) ilə Lahor Sülh Araşdırmaları Mərkəzi (LCPR) tərəfindən təşkil olunmuş “Türkiyə, Pakistan, Orta Asiya: sülh üçün əməkdaşlıq” adlı beynəlxalq konfrans işə başlayıb.

NOCOMMENT xəbər verir ki, adıçəkilən ölkələrin ekspertlərinin iştirakı ilə 16-17 fevral tarixlərində keçirilən tədbir regionda və bütün dünyada sülh və strateji əməkdaşlıq məsələlərinə həsr olunur.

“Dinc əməkdaşlıq etmək üçün bir-birimizdən öyrənməliyik”, – deyən konfransın moderatoru, DİPAM sədri Tolqa Sakman iştirakçı ölkələr arasında siyasi, iqtisadi, mədəni, elmi və s. sahələrdə əməkdaşlığın bütün səviyyələrdə inkişaf etdirməyin vacibliyini bildirib.

Kəşmir, Şimali Kipr Türk Respublikası, Qarabağ hadisələrindən danışan ekspert dost ölkələrin bölüşdüyü müştərək prinsip və dəyərlərin dünya düzəninin yeni dövrünə qədəm qoymasına böyük töhfə olacağını qeyd edib.

Qeyd edək ki, tədbirdə Türkiyə, Azərbaycan, Pakistan və Qazaxıstan mütəxəssisləri iştirak edirlər.