İstanbulda böyük əməliyyat – 27 nəfər saxlanıldıbackend

İstanbulda böyük əməliyyat – 27 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Mahzen-7” əməliyyatlarında “Memocan” ləqəbli Muhammed Urayın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

Qrup rəhbəri də daxil olmaqla, dəstənin üzvü olan 27 şübhəli yaxalanıb. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında bu barədə məlumat paylaşıb və qeyd edib ki, ölkəni mütəşəkkil cinayətkar qruplardan təmizləməkdə qərarlıdırlar.

Bildirilib ki, istənilən ölçüdə cinayətkar təşkilatlar sıradan çıxarılaraq, məsuliyyətə cəlb ediləcək.