İstanbulda dağıdıcı zəlzələ təhlükəsi – XƏBƏRDARLIQbackend

İstanbulda dağıdıcı zəlzələ təhlükəsi – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsrin faciəsi olan Kahramanmaraş zəlzələsinin ardından gözlər İstanbula çevrildi.

NOCOMMENT xəbər verir ki, vətəndaşlar “Böyük İstanbul zəlzələsi nə vaxt olacaq?”, “Böyük İstanbul zəlzələsi hara təsir edəcək?”, “İstanbulun ən riskli rayonları hansılardır?” sualları ilə maraqlanırlar.

Bir çox ssenarinin ortaya atıldığı böyük İstanbul zəlzələsi ilə bağlı təəccüblü təhlillər aparan Geofizika Mühəndisi Mustafa Serhat Durmuş, 4 zəlzələ ssenarisini açıqlayaraq, “Bu nöqtə qoparsa, 108 kilometrlik qırıq tamamilə qırılacaq” xəbərdarlığını etdi. B model zəlzələ ssenarisinin İstanbulda reallaşacağını bildirən Durmuş, 7,4 bal gücündə zəlzələdən çıxan enerjinin 1999-cu ildəki zəlzələ ilə eyni olmayacağını vurğuladı. İstanbulun 39 rayonundan 13-nün risk altında olduğunu deyən Durmuş, zərər və dağıntının maksimum olacağını bildirib.