İstanbulda daha bir qəza: Bu dəfə dənizdə gəmilər toqquşdularbackend

İstanbulda daha bir qəza: Bu dəfə dənizdə gəmilər toqquşdular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən gecə İstanbul sahillərində Mərmərə dənizində iki gəmi toqquşub.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, bu barədə  Türkiyə Sahil Mühafizəsinin mətbuat xidməti məlumat yayıb.

Sahil mühafizəsinin açıqlamasına görə, 126 metrlik “Burhan Dizman” konteyner gəmisi Axırkapı ərazisi yaxınlığında 147 metrlik “Turan C” quru yük gəmisi ilə toqquşub.

Hadisə yerinə iki yedək gəmisi və bir sürətli qayıq göndərilib. Hər iki gəmi təhlükəsiz şəkildə Axırkapı yanalma körpüsünə aparılıb.

Hadisənin səbəbləri açıqlanmır.