İstanbulda duman səbəbindən 100 reys ertələnibbackend

İstanbulda duman səbəbindən 100 reys ertələnib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul valisi Ali Yerlikaya yanvarın 3-də qatı duman səbəbindən ictimai nəqliyyatda mümkün gecikmələr barədə sakinlərə xəbərdarlıq edib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə şəhər valisi özünün tviter hesabında bildirib.

“Duman səbəbindən görmə imkanının pisləşəcəyi gözlənilir, bütün nəqliyyat növlərinin fəaliyyətində nasazlıqlar ola bilər, diqqətli olaq və lazımi tədbirləri görək”, – deyə o qeyd edib.

İstanbulun Asiya hissəsindəki Sabiha Gökçen hava limanının rəhbərliyi də öz növbəsində duman səbəbindən uçuşların ertələnməsi və gecikmələri barədə xəbərdarlıq edib.

Belə ki, yanvarın 2-də İstanbula eniş etməli olan 50-dən çox reys şəhərin Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanına yönləndirilib. Türk Hava Yolları Sabiha Gökçen hava limanına və oradan hərəkət etməli olan 100 reysin ertələndiyini açıqlayıb.