İstanbulda evlər ucuzlaşır – SƏBƏBbackend

İstanbulda evlər ucuzlaşır – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki ayda İstanbulda mənzillərin qiymətində enmə müşahidə edilir.     

NOCOMMENT.az “Bloomberg”ə istinadən xəbər verir ki, İstanbulda mənzillərin dəyəri lirə ilə ifadə edildikdə yüksəlsə də, dollarla ifadədə düşüb. Dollar ifadəsində ucuzlaşma 15 faizə çatıb.

Türkiyəli ekspertlərin fikrincə, İstanbulda mənzillərin ucuzlaşması bir müddət davam edəcək və nəticədə illik müqayisədə də qiymətlərdə enmə qeydə alınacaq.

Ekspertlərin şərhinə əsasən, mənzillərin ucuzlaşmasının səbəbi Türkiyə Mərkəzi Bankının yüksək faiz dərəcələrini qorumasıdır. Faizlər yüksək olduqda ipoteka kreditləri bahalaşır və bu, mənzil alışını azaldır.

 

Proqnozlara görə, mövcud vəziyyətdə İstanbulda qiymətlər 20 faiz enəcək.

Qeyd edək ki, İstanbulda dollar ifadəsində mənzillərin ucuzlaşması burada ev alan Azərbaycan vətəndaşları üçün əlverişlidir. Hər il Azərbaycan vətəndaşları İstanbulda çoxlu sayda mənzil alırlar.