İstanbul şəhərinin hakimiyyət orqanları Bosfor boğazı yaxınlığındakı qeyri-qanuni tikililəri sökmək qərarına gəlib.
NOCOMMENT.az sfera.az-a istinadən xəbər verir ki, söküləcək tikililər arasında məşhur müəssisələr və otellər də var.
Məlumata görə, bir çox yerdə qeyri-qanuni terraslara da rast gəlinib.
Qanun pozuntusuna yol verən obyektlər arasında Beylan çörəkxanası, Bebek hoteli və Mandarin hoteli də var.