İstanbulda miqrant qaçaqmalçılığı əməliyyatlarında tutulan 10 şübhəli həbs edilib.
NOCOMMENT xəbər verir ki, İstanbul Polis İdarəsi Mühacir Qaçaqmalçılığı və Sərhəd Qapıları Şöbə Müdirliyi qrupları apardıqları əməliyyatlar zamanı ölkəyə qeyri-qanuni yollarla daxil olan və Avropaya qaçmaq istəyən 127 qeyri-qanuni immiqrantı yaxalayıb.
İşin davamında qeyri-qanuni mühacirlərin köçürülməsini təmin etdiyi iddia edilən 24 şübhəli saxlanılıb, şübhəlilərə 728 min 980 lirə inzibati pul cəzası kəsilib.
Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyə binasına sövq edilən şübhəlilərdən 10-u həbs edilib, 2-si məhkəmə nəzarəti müddəalarından sonra sərbəst buraxılıb, 12-si isə məhkəmə prosesinin ardından sərbəst buraxılıb.
Həbs edilən 127 qeyri-qanuni miqrant da deportasiya prosedurları üçün geri qaytarma mərkəzinə təhvil verilib.