İstanbulda Rusiya və ABŞ danışıqları başlayıbbackend

İstanbulda Rusiya və ABŞ danışıqları başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ nümayəndələri arasında səfirliklərin işindəki problemlərə dair danışıqlar ABŞ-ın İstanbuldakı baş konsulunun iqamətgahında başlayıb.

NOCOMMENT.az bildirir ki, bu barədə RİA Novosti xəbər verir.

Agentliyin məlumatına görə, Rusiya nümayəndə heyətinin olduğu mikroavtobus saat 09:50 radələrində iqamətgaha daxil olub.

Qeyd olunur ki, Rusiya-Amerika görüşü ikitərəfli münasibətlərdəki “qıcıqlandırıcı faktorlar”a, Moskva və Vaşinqtondakı səfirliklərin işi ilə bağlı problemlərə həsr olunacaq.

Görüşü elan edən Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ümidvar olduğunu bildirib ki, görüşün nəticələri hər iki tərəfin problemli məsələlərin həllində nə dərəcədə “tez və effektiv hərəkət edə biləcəyini” aydınlaşdıracaq.

Bundan əvvəl məlum olub ki, İstanbulda ABŞ və Rusiya nümayəndələri Ukraynadakı münaqişəni, siyasi və təhlükəsizlik məsələlərini müzakirə etməyəcəklər. Nümayəndə heyətlərinin eksklüziv olaraq iki dövlətin diplomatik nümayəndəliklərinin fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəyi vurğulanıb.