Maltəpədə ticarət mərkəzində baş verən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
NOCOMMENT xəbər verir ki, Cevizli Mahallesi Tuqay Yolu küçəsində yerləşən ticarət mərkəzində yerləşən restoranın mətbəxində yanğın baş verib.
Binadan tüstü çıxdığını görən vətəndaşların xəbəri üzərinə hadisə yerinə yanğınsöndürənlər sövq edilib.
Qısa müddətdə qrupların müdaxiləsi ilə söndürülən yanğından heç kim zərər çəkməyib.
Yanğının başvermə səbəbləri araşdırılır.