İstanbulda VACİB GÖRÜŞ: Rusiya və Ukraynadan sülh yolunda İLK ADDIMbackend

İstanbulda VACİB GÖRÜŞ: Rusiya və Ukraynadan sülh yolunda İLK ADDIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya nümayəndə heyəti cümə günü səhər saat 10-dan Ukrayna tərəfini gözləyəcək, onlar görüşə gəlməlidirlər”.

NOCOMMENT.az xəbər verir ki, bunu İstanbulda jurnalistlərə Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski deyib.

“Sabah səhər saat 10-dan etibarən biz görüşə gəlməli olan Ukrayna tərəfini gözləyəcəyik. Biz işə hazırıq”, – deyə o bildirib.

15 may, 22:06

Mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar başlayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS agentliyi mənbəyə istinadən məlumat yayıb.

Mənbə danışıqların mayın 16-da başlayacağını təsdiq edib.

19:48

“Ukrayna ilə birbaşa danışıqların son məqsədi sülhün təsis edilməsidir”.

Bunu Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Rusiyanın İstanbuldakı Baş Konsulluğunda bildirib.

Onun sözlərinə görə, bu, həm də münaqişənin ilkin səbəblərini aradan qaldırmağa yönəlib: “Nümayəndə heyəti həll yollarının və təmas nöqtələrinin axtarışını hədəfləyir”.

Medinski vurğulayıb ki, nümayəndə heyəti danışıqlar aparmaq üçün bütün səlahiyyətlərə malikdir.\\Oxu.Az