İstanbul yaxınlığında yeni zəlzələ baş verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) öz saytında məlumat yayıb.
Zəlzələnin maqnitudası 4,3 bal olub. Zəlzələnin ocağı 7,1 kilometr dərinlikdə yerləşib.
RİA Novosti-nin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin özündə də hiss olunub. Əhali arasında panikanın olmadığı qeyd edilir.