8 noyabr Zəfər Günü və 9 noyabr Azərbaycan bayrağı günü İstanbuldakı Qalata qülləsi Azərbaycan bayrağı rənglərində işıqlandırılıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva “X” hesabında bildirib.
Bundan başqa, Qalata qülləsinə xarı bülbülün də şəkli proyeksiya olunub.