Rusiyanın İstanbuldakı Baş Konsulluğu Türkiyə şəhəri və onun ətrafında yaşayan həmvətənlərə zəlzələ zamanı təhlükəsizlik tələblərinə əməl etməyi və panikaya düşməməyi tövsiyə edib.
NOCOMMENT.az xəbər verir ki, diplomatik departamentin Telegram kanalında mühüm xəbərdarlıq edilib.
Mənbə İstanbul vilayətinin Silivri şəhəri yaxınlığında Mərmərə dənizində 6,9 kilometr dərinlikdə silsilə təkanlarla müşayiət olunan Rixter cədvəli üzrə 6,2 bal gücündə zəlzələ baş verib. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Ruslara həmçinin fövqəladə hallarda aşağıdakı nömrəyə zəng etmək tövsiyə olunub: +905309410368.
Daha əvvəl bildirilmişdi ki, İstanbulda baş verən zəlzələ zamanı elektrik enerjisi müvəqqəti olaraq kəsilib, divarlar silkələnib, çilçıraqlar yırğalanıb, mebel cırıldayıb. Yerli sakinlər əvvəlcə evlərində təkanların baş verməsini gözlədilər, sonra isə küçələrə qaçmağa başladılar.