İstanbullular “Böyük Fələstin mitinqi” üçün yollara çıxdıbackend

İstanbullular “Böyük Fələstin mitinqi” üçün yollara çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı ilə təşkil ediləcək “Böyük Fələstin Mitinqi” üçün vətəndaşlar Atatürk Hava Limanına getməyə başlayıblar.

NOCOMMENT xəbər verir ki, Türk bayraqları, Fələstin bayraqları və Əl-Əqsa məscidinin görüntüləri ilə bəzədilmiş səhnəyə 6 ayrı LED ekran yerləşdirilib ki, iştirakçılar mitinqi rahatlıqla izləyə bilsinlər.

Bundan əlavə, internetin keyfiyyətinin yaxşılaşdırılması üçün mitinq zonasında 29 səs və ekran qülləsi və əlavə 25 mobil baza stansiyası quraşdırılıb.

Mitinq sahəsinə 12 ayrı giriş qapısında qurulan təhlükəsizlik məntəqələrindən keçirilən vətəndaşlar əllərində Türkiyə bayrağı və Fələstin bayrağı ilə görüntülənib.

Şəhərdən kənardan da vətəndaşlar mitinq keçirilən əraziyə gəlməyə başlayıb.

İştirakçılara Türkiyə və Fələstin bayraqlarını satmaq istəyən alverçilər də mitinq ərazisində piştaxtalar açıblar.