İstanbulun tarixi məscidində yanğın – VİDEObackend

İstanbulun tarixi məscidində yanğınVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda yerləşən Vaniköy məscidində yanğın baş verib.

NOCOMMENT.az publika.az-a istinadən xəbər verir ki, bölgəyə xilasetmə qrupları və yanğınsöndürən maşınlar cəlb edilib.

İstanbul Valiliyi tarixi Vaniköy məscidində başlayan yanğının quru və dənizdən gələn qrupların müdaxiləsi ilə nəzarət altına alındığını bildirib.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.

İstanbul Böyükşəhər Bələdiyyəsinin açıqlamasına görə, yanğın səbəbilə istintaq başladılıb.

Qeyd edək ki, məscid 1665-ci ildə Vani Mehmet Efendi tərəfindən inşa edilib.