İstənilən fransız hərbçisi Rusiya üçün HƏDƏFDİR – Lavrovbackend

İstənilən fransız hərbçisi Rusiya üçün HƏDƏFDİR – Lavrov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynadakı istənilən fransız hərbçisi Rusiya qüvvələri üçün “qanuni hədəf” olacaq”.

NOCOMMENT.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov belə deyib.

Bildirib ki, fransalı təlimatçıların ukraynalılar sırasında olmalarına dair konkret faktlar var:

“Bu məsələ ilə bağlı çoxlu konkret faktlar var ki, onlar artıq Ukraynada işləyirlər. Onların Fransa Silahlı Qüvvələrinin üzvü və ya sadəcə muzdlu olmasından asılı olmayaraq, rus silahlı qüvvələri üçün tamamilə qanuni hədəf olacaqlar”.

Lavrov İsveçrədə keçirilən konfrans barədə də danışıb:

“İsveçrədəki konfransın dağılan anti-Rusiya blokunu qoruyub saxlamaqdan başqa mənası yoxdur. Bizim nəzərimizdə qoşun yeritməyə çağıranlar sülh prosesinə kömək etmir, əksinə, bütün bəşəriyyəti ölümcül və qəti qarşıdurma riski altına qoyurlar. Bu o qədər də məsuliyyətli vəzifə deyil”.