Yəmənin “Ənsar Allah” hərəkatından olan husilər İsrail limanları ilə işləyən bütün şirkətlərin gəmilərinə zərbələr endirmək niyyətindədirlər.
NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.
“Yəmən silahlı qüvvələri fələstinlilərə dəstək olaraq hərbi əməliyyatlarını gücləndirmək və düşmənə qarşı hərbi dəniz blokadasının dördüncü mərhələsinə başlamaq qərarına gəliblər ki, bu da İsrail limanlarında fəaliyyət göstərən istənilən şirkətin bütün gəmilərini, milli mənsubiyyətindən asılı olmayaraq və silahlı qüvvələrin əli çatan hər yerdə hədəfə almağı əhatə edir”, – deyə o bildirib.
“Ənsar Allah” ordusunun sözçüsü gəmiçilik şirkətlərinə “İsrail limanları ilə əməkdaşlığı dayandırmağı” deyib və “əks halda, onların gəmilərinə təyinat yerindən asılı olmayaraq, raket və pilotsuz uçan aparatların əhatə dairəsi daxilində hücuma məruz qalacağı” barədə xəbərdarlıq edib.\\“Unikal”