İsti çay xərçəngə səbəb ola bilərbackend

İsti çay xərçəngə səbəb ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dietoloq Janq Silan bir çoxlarının qida rasionun ayrılmaz hissəsinə çevrilən çayın içilmə qaydasını izah edib.

NOCOMMENT.az xəbər verir ki, qara, yaşıl və digər növləri olan çayı yalnız müəyyən bir temperaturda içməyin lazım olduğunu çox az adam bilir. Bir çoxları isə çayın isti içməyin daha yaxşı olduğunu düşünür.

Çinli dietoloq Janq Silan hər növ çayın isti içməyin zərərli olduğunu söyləyib. Onun sözlərinə görə yüksək temperaturlu çay hətta bağırsaq xərçənginə səbəb ola bilər. Dietoloq çay üçün optimal temperaturun  60 dərəcə olduğunu qeyd edib. İstiliyin müəyyən olunmuş səviyyədən yüksək olması xərçəng riskini artırır.

Mütəxəssis özünüzü bu riskdən qorumaq üçün məsləhətlərə əməl etməyinizi tövsiyyə edir.