“İstisu”yun qiymətləri müzakirə yaratdı: “Elə etməliyik ki, “İstisu” həm də sıradan vətəndaşın ala bilməyə imkanı çatan suya çevrilsin”backend

“İstisu”yun qiymətləri müzakirə yaratdı: “Elə etməliyik ki, “İstisu” həm də sıradan vətəndaşın ala bilməyə imkanı çatan suya çevrilsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

VI çağırış Milli Məclisin deputatı Fazil Mustafa iri supermarketlərdə yeni satışa çıxarılan “İstisu” təbii mineral suların 0,5 litrinin 90 qəpik, 1 litrinin isə 1 manat 40 qəpiyə olmasının narazılıq yaratmasına münasibət bildirib.

 

NOCOMMENT.az xəbər verir ki, F.Mustafa Pravda.az-a açıqlamasında deyib ki, “İstisu”yun satışa çıxarılmasını müsbət qiymətləndirib:

 

““İstisu”yun gəlişi mübarək olsun. Bu, çox faydalı addımdır. Hesab edirəm, ölkədə hər kəs bunu təqdir edər. Qiymət məsələsini müəyyən etməkdə isə çətinlik çəkirəm. Çünki bu, maya dəyərinin nəyə başa gəlməsindən asılıdır. Ola bilsin ki, ilkin istehsalda kifayət qədər böyük vəsait qoyulub və vəsaitə görə müəyyən dərəcədə kompensasiyasına ehtiyac var. Hər halda ümid verilməlidir ki, daha kütləvi istehsal baş verəndən, bazara böyük həcmdə çıxarılandan sonra qiymətlərdə də dəyişiklik ola bilər. İstehsalçı bunu indidən istehlakçılara mütləq ümidverici açıqlamalar formasında çatdırmalıdır.

Birinci növbədə qiymət məsələsindən önəmli məsələ keyfiyyətdir. Keyfiyyət necə olacaq? Dəyişəcəkmi? Sonadək bu istiqaməti davam etdirəcəklərmi? Əsas məsələ budur. Bütün bunlar nəzərə alınsa, məncə, ““İstisu”yun populyarlığı Azərbaycana yenidən qayıda bilər, hər kəs həvəslə yararlanar. Düşünürəm, insanlar “İstisu”yun təkcə süfrə suyu kimi istifadəsi barədə deyil, həm də müalicəvi əhəmiyyəti barədə bilgiləndirilməlidir. “İstisu”yun müalicəvi əhəmiyyəti barədə insanlara ən sadə dillə, aldatmadan, aydın şəkildə izahı veriməlidir. Bəlkə, onda istehlakçıların sayı daha da çoxalacaq? İstehsal artdıqca qiymətə də təsir etməlidir. Elə etməliyik ki, “İstisu” həm də sıradan vətəndaşın ala bilməyə imkanı çatan suya çevrilsin. Çünki bu, təbii nemətdir, həm də xalqın nemətidir. Elə etmək lazımdır ki, bu nemətlərdən xalqın ən yoxsul təbəqələri belə rahatlıqla istifadə edə bilsinlər”.