İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıbbackend

İstixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb.

Bu barədə NOCOMMENT.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi 250 kiloqram olan 1068 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.