İsveç 10 ildir himayə etdiyi dələduzu Türkiyəyə təhvil verəcəkbackend

İsveç 10 ildir himayə etdiyi dələduzu Türkiyəyə təhvil verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç dələduzluqda təqsirləndirilən şəxsi Türkiyəyə ekstradisiya etməyə hazırlaşır.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə İsveçin onlayn nəşri “Samnytt” qəzeti məlumat yayıb.

Məlumata görə, dələduzluq ittihamı ilə axtarışda olan şəxs 35 yaşlı Okan Kaledir. Kale 2010-2011-ci illərdə Türkiyədə 3 banka qarşı kart fırıldağında ittiham olunub. O, İsveçə qaçıb.

Türkiyə 2012-ci ildə dələduzun ekstradisiyasını tələb etsə də, qarşı tərəf bundan imtina edib. Belə olduqda Kale İtaliyaya qaçıb. O, İtaliyada 2 il müvəqqəti qaçqın statusu alıb və sonradan İsveçə gələrək özündən 23 yaş böyük yerli vətəndaşla ailə quraraq, burada məskunlaşıb.

O, Türkiyəyə təhvil verilməməsi üçün xristianlığı qəbul edib və ad-soyadını Yohan Qustavsson olaraq dəyişdirib.

İsveç mediasının məlumatına görə, Okan Kaleni Türkiyədə 14 illik həbs cəzası gözləyir.