İsveçin baş naziri Ulf Kristersson ölkəsinin NATO-ya üzvlük prosesi ilə bağlı açıqlamalar verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Kristersson İspaniyanın Baş naziri Pedro Sançes ilə Madriddəki Moncloa Baş Nazirlik İqamətgahında görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında məlumat verib.
Kristersson NATO-nun baş katibi Yens Stoltenberqin İsveçin Türkiyə qarşısında bütün öhdəliklərini yerinə yetirdiyini bildirib.
“Siz Türkiyəyə və türk xalqına terror təşkilatı PKK-nın bundan sonra ölkənizdə terror təbliğatına icazə verməyəcəyinə zəmanət verə bilərsinizmi?” sualına belə cavab verib:
“Bu gün səhər NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışdım və onun fikirləri ilə tam razılaşdığımı dedim. İsveç Türkiyə ilə müqavilənin bütün şərtlərini yerinə yetirib. İsveç nə etməli olduğunu artıq edib. Çox hörmət etdik. NATO-ya üzvlüklə bağlı bundan sonra qərar verməli olan yalnız Türkiyədir, biz yox. Biz Türkiyənin İsveç ərazisindən kənarda üzləşdiyi terror və terror aktları ilə bağlı problemlərdən tam xəbərdarıq”. deyə Kristersson bildirib.
NOCOMMENT.AZ