İsveç bu tarixdə NATO-nun rəsmi üzvü olurbackend

İsveç bu tarixdə NATO-nun rəsmi üzvü olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç martın 11-də rəsmi olaraq NATO-nun üzvü olacaq.

NOCOMMENT.az xəbər verir ki, xarici KİV-də yer alan məlumata görə, Alyansın Brüsseldəki qərargahında İsveçin bayrağı qaldırılacaq.

Tədbirdə İsveçin Baş naziri Ulf Kristersson, Ali Baş Komandan Mikael Büden, aparıcı siyasətçilər, eləcə də NATO ölkələrindən səfirlərin iştirakı gözlənilir. Mərasim çərçivəsində mətbuat konfransının keçirilməsi gözlənilir.

Qeyd edək ki, İsveç 2022-ci ilin mayında NATO-ya üzvlük üçün müraciət edib. Rəsmi Ankara Stokholmun üzvlüyünü 2024-cü ilin yanvarında təsdiqləyib. İsveç NATO-ya üzv olan 32-ci ölkə olacaq.