Qurani-Kərimə qarşı təxribatlardan sonra İsveç İslam ölkələri ilə münasibətlərini yaxşılaşdırmaq istəyir
NOCOMMENT xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström bildirib ki, bundan sonra vəzifəsinin böyük bir hissəsini İslam ölkələri ilə əlaqələrin inkişafına həsr edəcək.
Billström İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin İsveçdəki səfirləri ilə Qurana hücumları müzakirə etmək üçün görüş keçirib.
Görüşdən sonra Xarici İşlər Nazirliyinin rəsmi internet saytında video və yazılı açıqlama verən Billström, “Konstruktiv və yaxşı görüş keçirdik. Bundan sonra vəzifəmin böyük bir hissəsini İslam ölkələri ilə əlaqələri inkişaf etdirməyə həsr edəcəyəm.” deyib.
Quranı yandıranların təxribatçı olduğuna diqqət çəkən Billström, “İslamofob hərəkətlər İsveç hökuməti tərəfindən rədd edilir. Bu, hökumətin baxışını əks etdirmir. Müqəddəs kitaba qarşı hər hansı təhqir, İsveç cəmiyyəti tərəfindən son dərəcə təhqiramiz və hörmətsiz hərəkət kimi qəbul edilir.” ifadələrini də işlətdi.
Billström, müqəddəs kitabların yandırılmasının qarşısını almaq üçün İctimai Asayiş Qanununa dəyişiklik etmək üçün işə başladıqlarını vurğuladı.