İsveç Kəşfiyyat Xidmətinin (SEPO) rəhbəri Şarlotta fon Essen ölkədə milli terror təhlükəsi səviyyəsinin 3-dən 4-ə qaldırıldığını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Essen keçirdiyi mətbuat konfransında İsveçin təhlükəsizlik vəziyyətinin Quran yandırma hərəkətləri və onlara qarşı etirazlar səbəbiylə pisləşdiyini bildirib.
Təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı qərar qəbul etdiklərini qeyd edən Essen, “Milli terror miqyasında 5 ballıq təhdid səviyyəsini 3-dən 4-ə qaldırdıq. Qərar getdikcə pisləşən terrorun ümumi qiymətləndirilməsinə əsaslanır”, – o deyib.