İsveç Rusiya səfirini XİN-ə çağırdıbackend

İsveç Rusiya səfirini XİN-ə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Stokholmdakı səfiri Viktor Tatarintsev İsveçin NATO-ya üzv olacağı təqdirdə Rusiyanın qanuni hədəfinə çevriləcəyini elan etdikdən sonra İsveç Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billstrom açıqlama verib.

Nazir Billstrom səfir Tatarintsevin açıqlamasını “açıq təsir cəhdi” kimi qiymətləndirərək, “İsveçin təhlükəsizlik siyasətini başqası deyil, hökumət müəyyən edir” deyib.

Qeyd edək ki, Rusiya səfirliyinin saytında səfir Tatarintsev İsveç və qonşu Finlandiya NATO-ya üzv olarsa “Rusiya cavab tədbirləri üçün qanuni hədəfə çevriləcək” deyə açıqlama verib.

NOCOMMENT.AZ