İsveç səfiri Türkiyə XİN -ə çağırıldıbackend

İsveç səfiri Türkiyə XİN -ə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin Ankaradakı səfiri İsveçin Türkiyədəki səfirliyi yaxınlığında “Quran-Kərim”in yandırılmasına icazə verildiyi üçün Xarici İşlər Nazirliyinə çağırılıb.

NOCOMMENT.az xəbər verir ki, İsveç hökumətinin Türkiyə səfirliyi qarşısında müqəddəs “Qurani-Kərim” kitabının yandırılmasına icazə verməsi kəskin qınanılıb.

“İsveçin rəftarının qəbuledilməz olduğunu, aksiyaya icazə verilməməsini gözlədiyimizi, müqəddəs dəyərlərə qarşı təhqirin “demokratik hüquqlar” pərdəsi altında müdafiə oluna bilməyəcəyini bildiririk. PKK-ya bağlı dairələr Stokholmun mərkəzində nümayiş keçirəcəklərini açıqlayıblar. Terror təşkilatları və onların tərəfdarlarının təbliğati fəaliyyətinə icazə verilməsinin üçtərəfli bəyanatın açıq şəkildə pozulmasıdır” deyə Türkiyə XİN-in açıqlamasında bildirilib.