İsveç hökuməti Ukrayna üçün Amerika silahlarının alınması üçün 275 milyon dollar ayırır.
NOCOMMENT.az bildirir ki, bu barədə İsveçin müdafiə naziri Poul Conson mətbuat konfransında bildirib.
“Norveç, İsveç və Danimarka NATO-nun Ukraynaya silah tədarükü təşəbbüsü üçün vəsait ayırmağa qərar verib. “Bu təşəbbüs NATO tərəfindən koordinasiya edilir və Ukraynanın özünü müdafiə qabiliyyətini gücləndirmək üçün İsveç yardımı dərhal veriləcək. Vəsait gələn aydan etibarən Ukraynaya silah tədarükünə sərf olunacaq. Bu, Ukraynanın müdafiə qabiliyyəti üçün çox vacibdir və transatlantik əməkdaşlığın gücləndirilməsi üçün strateji əhəmiyyət kəsb edir”.
2025-ci ilin fevral ayından İsveç Ukraynaya 92,8 milyard kron (9,58 milyard dollar) ayırıb.