İsveç XİN: Sülhməramlıların göndərilməsinə Ukrayna özü qərar verməlidirbackend

İsveç XİN: Sülhməramlıların göndərilməsinə Ukrayna özü qərar verməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin xarici işlər naziri Mariya Malmör Stenerqaard hesab edir ki, Avropa sülhməramlı kontingentinin Ukraynaya göndərilməsini müzakirə etmək hələ tezdir.

NOCOMMENT.az xəbər verir ki, Aİ xarici işlər nazirlərinin Brüssel görüşü başlamazdan əvvəl Stenerqaard bildirib ki, Ukrayna tərəfi bu məsələni özü qaldırmalıdır.

“Hesab edirəm ki, bu müzakirə indiki məqamda bir qədər tezdir, ilk növbədə, Ukraynanın özü bunu nə vaxt, necə və müzakirə edib-etməməsinə qərar verməlidir”, – o deyib.

Dekabrın 16-da Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Aİ-yə üzv dövlətlər Ukrayna ərazisinə sülhməramlıların göndərilməsini müzakirə etmirlər.