İsveçdə iyrənc aksiyalar davam edir: Küçədə…backend

İsveçdə iyrənc aksiyalar davam edir: Küçədə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçdə ifrat sağçı Rasmus Paludanın Quranı yandıraraq alçaq hərəkətinin əks-sədasının davam etməsi ilə daha bir qalmaqal yaranıb.

NOCOMMENT xəbər verir ki, İsveçin Karlskrona şəhərində Ronnebydə müxtəlif bölgələrdə üzərində və ya içərisində təhqir və təhdidlər yazılmış 3 Quran tapılıb.

İfrat sağçı Rasmus Paludanın əvvəlcə İsveçdə, sonra isə Danimarkada Quranı yandırmasına reaksiyalar uçqun kimi böyüyərkən, yeni qalmaqal ortaya çıxıb. Üzərində və ya içərisində təhqir və ölüm təhdidləri yazılmış Quran İsveçin Karlskrona bölgəsinin Ronneby rayonunun 3 fərqli bölgəsində tapılıb. İsveç dövlət televiziyası SVT-nin xəbərində, avtobus dayanacağında, digərlərinin isə ictimai yerlərdə olduğu, üzərində ölüm təhdidlərinin yazıldığı Quranın tapıldığı bildirilib.

Ronneby İslam Dərnəyinin üzvü Qudlauq Hilmarsdottir SVT-yə açıqlama verərək, baş verən hadisədən son dərəcə kədərləndiklərini və Quranın onların həyatda bələdçi olduğunu bildirib.