İsveçdə Tövrat yandırma aksiyasının qarşısı alındıbackend

İsveçdə Tövrat yandırma aksiyasının qarşısı alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Havat İsveçin paytaxtı Stokholmda İsrail səfirliyi qarşısında keçirilməsi planlaşdırılan Tövrat yandırma aksiyasının qarşısı alındığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, İsveçin paytaxtı Stokholmda İsrail əleyhinə nümayiş təşkil etmək istəyən şəxs aksiya keçirmək üçün polisdən icazə alıb. Daha sonra İsrail hökumətinin İsveç rəsmiləri ilə əlaqə saxlamasından sonra Tövratı yandırmağı planlaşdıran etirazçının qarşısı alınıb.

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Havat “JewishPress.com”-a nümayişin təşkilatçısının polisdən icazə almaq üçün ərizəsini geri götürdüyünü bildirib.

“Tədbirlərimiz nəticəsində indiki mərhələdə hadisənin qarşısı alınıb” açıqlamada bildirilib.