İsveçdəki təxribat aksiyasından sonra İraqdan flaş hərəkət – Ekstradisiyasını tələb etdibackend

İsveçdəki təxribat aksiyasından sonra İraqdan flaş hərəkət – Ekstradisiyasını tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin paytaxtı Stokholmda məscidin qarşısında Quranı yandıran  İraq vətəndaşı, sığınacaq axtaran Salvan Momikanın hərəkətinə reaksiyalar davam edir. 

NOCOMMENT.az xəbər verir ki, İraq hökuməti Salvan Momikanın mühakimə olunmaq üçün ölkəyə təhvil verilməsini tələb edib.

İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Səhhaf mövzu ilə bağlı açıqlamasında Momikanın İraq vətəndaşı olduğuna diqqət çəkərək, “Buna görə də bu şəxsin İraq qanunlarına görə mühakimə oluna bilməsi üçün İsveç hökumətinə təhvil verilməsini tələb edirik” ,- deyib.

Səhhaf onu da xatırladıb ki, İraq hökuməti daha əvvəl İsveç rəsmilərindən Qurani-Kərimə qarşı təhqirlərə son qoyulmasını tələb edib.

Digər tərəfdən İraq Xarici İşlər Nazirliyi İsveçin Bağdaddakı səfiri Jessica Svardströmü Qurana qarşı hərəkətə görə nazirliyə çağıraraq nota verib.

NOCOMMENT