İsveçdən PKK açıqlaması: Ankara bunu görürbackend

İsveçdən PKK açıqlaması: Ankara bunu görür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə İsveç arasında NATO-ya üzvlüklə bağlı danışıqlar problemsiz şəkildə davam edir.

NOCOMMENT xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström ölkə mətbuatına açıqlamasında deyib.

O bildirib ki, hazırda PKK və YPG ilə təmasda deyilik: “Bu vəziyyət Türkiyə hökuməti tərəfindən də qeydə alınır. Hazırda İsveçin hökumət rəsmilərinin də PKK/YPG-yə rəğbət bəsləyənlərlə hansısa anlaşmaya getməsindən söhbət gedə bilməz”.

XİN başçısı eyni zamanda vurğulayıb ki, Türkiyə azad seçkilər keçirən dövlətdir: “Beləliklə, demokratiyanın meyarları yerinə yetirilir. Məsələn, insan haqları baxımından problem olanda çəkinmədən Türkiyə hökumətinə də deyirik”.