İsveçin baş naziri hərbi vəziyyətə görə Cənubi Koreyaya səfərini təxirə salıbbackend

İsveçin baş naziri hərbi vəziyyətə görə Cənubi Koreyaya səfərini təxirə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin baş naziri Ulf Kristersson hərbi vəziyyətə görə Cənubi Koreyaya səfərini təxirə salıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Hərbi vəziyyət ləğv edilməzdən əvvəl altı saat ərzində qüvvədə idi.

İsveç hökumətinin başçısının səfəri dekabrın 5-də başlamalı idi. Dekabrın 2-də Qırğızıstan Prezidenti Sadır Japarov Cənubi Koreyaya səfər edib.

Qeyd edək ki, dekabrın 3-də Cənubi Koreya prezidenti Yun Sok Yol respublikada hərbi vəziyyətin tətbiq olunduğunu elan edib. O, qərarını “Şimali Koreyayönlü qüvvələrin kökünü kəsmək və azad konstitusiya quruluşunu qorumaq” zərurəti ilə izah edib.