Rusiya Baltik dənizinə nəzarət etmək üçün İsveçə hücum edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Skandinaviya ölkəsinin müdafiə naziri Pol Yunson Polşanın “Rzeczpospolita” nəşrinə müsahibəsində bildirib.
Bildiyiniz kimi, Moskva “Baltik dənizini tədricən öz gölünə çevirdiyi” iddia edilən NATO-nu dəfələrlə hədələyib.
“Rusiya İsveç, eləcə də NATO-nun qalan hissəsi üçün təhlükə yaradır. Biz Rusiyanın ölkəmizə hücumunu istisna edə bilmərik”, – Yunson bildirib.
O, Kreml qüvvələrinin “Ukraynada möhkəmlənməsinə” baxmayaraq, Moskvanın hələ də Sankt-Peterburq və Kalininqradda yerləşən Rusiya Hərbi Dəniz Qüvvələri ilə “ciddi hərbi və siyasi risklərə getməyə hazır olduğunu” nümayiş etdirdiyini proqnozlaşdırır. Buna görə də, Rusiya təhlükəsi səbəbindən İsveç öz donanması üçün “iddialı genişlənmə proqramı həyata keçirir”:
“Rusiyanın Ukraynaya təcavüzü başlayandan sonra Kreml üçün Baltik dənizinin hərbi və kommersiya əhəmiyyəti daha da artıb. Ona görə də biz hərbi planlarımızda Rusiyanın təcavüzkar niyyətlərini nəzərə almalıyıq”.