İsveçin NATO-ya üzvlüyü ilə bağlı parlamentdə ilk addım atıldı.
NOCOMMENT.az xəbər verir ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokol ilk dəfə noyabrın 16-da Xarici Əlaqələr Komissiyasının gündəliyinə çıxarılıb.
Lakin danışıqları yekunlaşdırmaq mümkün olmayıb və İsveç hökumətindən öhdəliklərlə bağlı məlumat istənilib.
Parlamentin Xarici Əlaqələr Komitəsi İsveç gündəmi ilə saat 15.00-da ikinci dəfə toplandı.
Komissiya sədri Fuat Oktay İsveçin xüsusilə terrorun maliyyələşdirilməsi ilə bağlı addımlar atdığını bildirsə də, “Terrorla mübarizədə hələ gözlənilən nəticəni görmədik”, –dedi.
İndiyədək 31 üzv ölkədən 29-u öz parlamentlərində İsveçin NATO-ya üzvlüyünü qəbul edib.