İsveçli analitikdən ŞOK AÇIQLAMA: “Qərb dövlətləri Ukraynadakı diktaturanı maliyyələşdirir”backend

İsveçli analitikdən ŞOK AÇIQLAMA: “Qərb dövlətləri Ukraynadakı diktaturanı maliyyələşdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçli analitik, Kral Elmlər Akademiyasının üzvü Lars Bern bildirib ki, Qərb Ukraynadakı diktaturanı silah və pulla gücləndirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə SwebbTV media kanalı məlumat yayıb.

Bernin fikrincə, Qərb Ukraynadakı münaqişədən kökündən yanlış nəticələr çıxarır, məqsədi Ukrayna ordusunu məhv etməkdir. Ekspert əlavə edib ki, Qərb ölkələri mövcud vəziyyəti tam dərk etmədiklərini nümayiş etdirərək, Ukraynanı silah və pulla təmin etməkdə davam edirlər.

Eyni zamanda analitik qeyd edib ki, Ukrayna prezidenti Vladimir Zelenskinin səlahiyyətləri başa çatdıqdan sonra ölkə əsl diktaturaya çevrilib. Lakin Qərb artıq bu “çevrilmiş diktatura rejimi” üçün 100 milyard dollar xərcləyib”, – deyə Bern yekunlaşdırıb.