İsveçrə Aİ-nin Rusiyaya qarşı əlavə sanksiyalar paketini təsdiqlədibackend

İsveçrə Aİ-nin Rusiyaya qarşı əlavə sanksiyalar paketini təsdiqlədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Avropa İttifaqının Rusiyaya qarşı əlavə sanksiyalar paketinin tətbiqinə razılıq verib.

NOCOMMENT.az xəbər verir ki, İsveçrə hökuməti Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketini həyata keçirməyə başladığını açıqlayıb.

Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələr fevralın 25-də Rusiyaya yeni ticarət qadağaları, həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalara ixrac nəzarəti və pilotsuz uçuş aparatları (PUA) göndərənlərə əlavə məhdudiyyətlər gətirən 10-cu sanksiyalar paketini təsdiqləyib.

Müvafiq olaraq, yeni ticarət qadağaları, mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən məhsul və texnologiyalar üzərində ixrac nəzarəti başlanılıb və sanksiya siyahısına 87 şəxs və 34 qurum əlavə edilib.

NOCOMMENT.AZ