Aİ-nin ardınca İsveçrə də Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların siyahısını genişləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi saytında məlumat verilib.
Nəşr bildirir ki, yeni sanksiya siyahısına 17 fiziki şəxs və 58 müəssisə daxil edilib. Bundan başqa, 189 gəmi və 31 müəssisəyə əlavə iqtisadi məhdudiyyətlər tətbiq edilib. Tədbiqlər iyunun 3-də yerli vaxtla saat 23:00-da (Moskva vaxtı ilə iyunun 4-də gecə yarısı) qüvvəyə minir.