Lazım gələrsə, İsveçrə Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlara ev sahibliyi edə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu İsveçrə prezidenti Karin Keller-Sutter Berlində Almaniya kansleri Fridrix Merzlə birgə mətbuat konfransı zamanı deyib.
“İsveçrə sülh həllinin tapılmasına dəstək verməyə hazırdır, bu həmçinin danışıqlara ev sahibliyi etməyə və təcrübəsini bölüşməyə hazır olmaq deməkdir”, – deyə o bildirib.
Prezident əlavə edib ki, danışıqların hazırlanması üçün Cenevrə şəhəri istifadə oluna bilər.