İsveçrə Ukrayna ilə bağlı kommünikedən daha bir imzanın itməsinə reaksiya veribbackend

İsveçrə Ukrayna ilə bağlı kommünikedən daha bir imzanın itməsinə reaksiya verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Xarici İşlər Nazirliyi Ruandanın İsveçrə konfransından sonra Ukrayna ilə bağlı birgə kommünikeni imzalayanlar siyahısından itməsinin səbəbini izah etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti-yə açıqlamasında İsveçrə Xarici İşlər Nazirliyinin mətbuat katibi Pyer Alen Elçinqer bildirib.

“Ruandanın bu siyahıdan itməsi ilə bağlı vəziyyəti şərh etməyəcəyik. Sizi izahat üçün Ruandanın İsveçrədəki səfirliyi ilə əlaqə saxlamağa dəvət edirik”, – deyə o vurğulayıb.

İyunun 18-də Ruanda Bürgenstokda keçirilən Ukrayna üzrə konfransın yekun kommünikesindən öz imzasını geri götürüb.

Ruanda İordaniya və İraqdan sonra imzanı ləğv etmək qərarına gələn üçüncü ölkə oldu. O, İsveçrə diplomatik xidmətinin iyunun 17-də yenilədiyi siyahıda yoxdur.