İsveçrə Ukrayna ilə bağlı yeni konfransla bağlı açıqlama veribbackend

İsveçrə Ukrayna ilə bağlı yeni konfransla bağlı açıqlama verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə Ukraynada nizamlanma ilə bağlı növbəti sülh konfransı təşkil etməyi planlaşdırmır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli “Tages-Anzeiger” qəzeti İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“İsveçrə ikinci sülh konfransı planlaşdırmır”, – nəşr bildirib.

Qəzetin qeyd etdiyi kimi, eyni zamanda, Xarici İşlər Nazirliyi İsveçrənin hələ də Ukraynada sülhə nail olmaq üçün hər şeyi etməyə çalışdığını vurğulayıb.

Tages-Anzeiger-in məlumatına görə, Almaniya kansleri Olaf Şolzun belə bir tədbirin keçirilməsinin zəruriliyi ilə bağlı bəyanatından sonra Almaniya mətbuatında Ukrayna ilə bağlı potensial yeni konfransla bağlı fərziyyələr ortaya çıxıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində demişdi ki, Ukrayna münaqişəsinə “nə vaxtsa” son qoymaq üçün Rusiya ilə dialoqu bərpa etmək lazımdır.

O qeyd edib ki, müdafiə və çəkindirmə ilə bağlı Moskva ilə təmkinli dialoqun mümkünlüyünə inanır. Eyni zamanda, o, etiraf edib ki, 2014-cü ildən bəri əməkdaşlıq üçün çox az yer qalıb.