İsveçrə 2028-ci ilə qədər Ukraynaya ayrılan 1,65 milyard avronun bir hissəsini ölkədə korrupsiya ilə mübarizəyə xərcləməyi planlaşdırır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat İsveçrə Federal Şurasının saytında dərc olunmuş bəyanatda deyilir.
“Məqsəd hakimiyyət orqanlarına ayrı-seçkilik və korrupsiya olmadan keyfiyyətli dövlət xidmətləri göstərməyə kömək etməkdir”, – sənəddə deyilir.
Bundan bir qədər əvvəl İsveçrə Federal Şurasının (hökumət – redaktorun qeydi) Ukraynaya 1,5 milyon İsveçrə frankı (1,58 milyon avro) məbləğində yardım proqramını təsdiqlədiyi bildirilirdi. Bu vəsaitin 2025-2028-ci illərdə ölkənin bərpası və inkişafına yönəldilməsi planlaşdırılır.