İsveçrənin Yunanıstanın Tesaliya bölgəsində daşqından sonra aparılan işlərə dəstək verdiyi bildirilib. İsveçrə komandası 3 helikopterlə materialların və personalın daşınmasına köməklik göstərəcək.
NOCOMMENT.az xəbər verir ki, İsveçrə Yunanıstanın Tesaliya bölgəsində daşqından sonra aparılan işlərə dəstək verdiyini bildirib.
İsveçrə Xarici İşlər Nazirliyinin X platforma hesabında edilən paylaşımda Meriç bölgəsində yanğınsöndürmə işlərinə dəstək olmaq üçün İsveçrədən gedən qrupun daşqından sonra davam edən işlərə də dəstək verəcəyi bildirilib.
Paylaşımda İsveçrə komandasının Tesaliya də 3 helikopterlə material və personalın daşınmasına kömək edəcəyi bildirilib.
Qeyd edək ki, İsveçrə sentyabrın 1-də Yunanıstanın Evros bölgəsində yanğınsöndürmə işlərinə dəstək olmaq üçün 3 hərbi helikopter və şəxsi heyət göndərib.