İsveçrədə böyük məbləğdə cərimələnən gənc hansı məmurun oğludur – QALMAQALbackend

İsveçrədə böyük məbləğdə cərimələnən gənc hansı məmurun oğludur – QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir azərbaycanlı sürücü İsveçrədə özünü pis aparıb – yerli qanunvericiliyin tələblərini pozub və buna görə 225 min frank (dollarla eynidir) cərimə olunub…

NOCOMMENT xəbər verir ki, İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, yerli qəzetlər bu barədə “varlı azərbaycanlı gənc” deyə yazıblar.

Söhbətin kimdən getdiyi isə qeyd olunmur. Bilinən odur ki, gənc azərbaycanlının Cenevrədə evi var.

“Yadıma gəlir, haradasa bir 10 il əvvəl bizim varlıların 3 qudurğan balası İsveçrədə sürətlə maşın sürmüşdü. Yaşlı bir adamı da maşınla vurmuşdular. O vaxt da bu haqda yerli qəzetlər çox yazmışddı…

Təəssüf ki, Avropada bizim bəzi gənclər qudurğanlıqları ilə tanınırlar…”, – deyə jurnalist qeyd edib.

Modern.az