İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edən dövlətlərin sayı azalıbbackend

İsveçrədə Ukrayna ilə bağlı konfransda iştirak edən dövlətlərin sayı azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna üzrə sülh konfransında iştirak etmək niyyətində olan dövlətlərin sayı 78-ə qədər azalıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqı ölkələrindən adı açıqlanmayan diplomatlara istinadən “Azadlıq Radiosu” radiostansiyasının Ukrayna xidməti məlumat yayıb.

Radiostansiyanın həmsöhbətləri İsveçrədə keçirilən sammitdə iştirak edən dövlətlərin sayının 93-dən 78-ə düşdüyünü qeyd ediblər. Eyni zamanda diplomatlar İsveçrə konfransında hansı ölkələrin iştirak etməyəcəyini dəqiqləşdirməyiblər. Ola bilər ki, imtinaların sayı artsın.

Öz növbəsində, Ukrayna prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov Ukraynanın “Rada” telekanalında çıxış edərək konfrans iştirakçılarının sayını açıqlamaqdan imtina edib.