İsveçrədən NATO çağırışıbackend

İsveçrədən NATO çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə dövlət televiziyası SRF-nin xəbərinə görə, Süssli tədbirdə Thun bölgəsindəki Silah Mərkəzində İsveçrə ordusunun 2023-cü il fəaliyyətinin təqdimatı ilə bağlı danışıb.

NOCOMMENT.az xəbər verir ki, İsveçrə Baş Qərargah rəisi Tomas Süssli NATO ilə olan əməkdaşlığın intensivləşdirilməsinə çağırıb.

İsveçrə Hərbi Hava Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrindən sonra Quru Qoşunlarının da NATO ilə təlim keçməsinin lazım olduğunu qeyd edən Süssli, İsveçrənin Şimali Atlantika Müqaviləsi Müttəfiqlərinin hücuma məruz qalan hər hansı üzv dövlətə yardım etməsini nəzərdə tutan 5-ci maddəsinə uyğun olaraq keçirilən təlimlərdə iştirakının əleyhinə olmadığını bildirib.

NOCOMMENT.AZ